Türkiyə TFF 1-ci liqasında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” doğma meydanda “İstanbulspor”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Zədədən əziyyət çəkən Ufuk bu görüşün iştirakçısı olmayıb.
“Samsunspor” hazırda 34 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi