Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?

12:42 - 9 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turda ən yüksək göstərici Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Keşlə” oyununu (1:1) 5000 azarkeş izləyib.

 

Ən az izləyici isə Zirədə qeydə alınıb. Cəmi 1000 tamaşaçı “Zirə”nin “Qəbələ” ilə heç-heçəsinin (1:1) canlı şahidi olub.

 

Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Sumqayıt” oyununda (2:2) 2500, “Azərsun Arena”da baş tutmuş “Qarabağ” - “Səbail” matçında (1:0) isə 1200 azarkeş qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 9700 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 2425 tamaşaçı deməkdi.

Xəbər xətti