"Keşlə"nin "Kuarejma"sı: "Kuboku qazanmaqla avrokuboklara yollanmaq istəyirik" MÜSAHİBƏ

14:14 - 10 Aprel 2018

"Keşlə"nin müdafiəçisi Slavik Alxasov Sportal.az saytına müsahibə verib. 25 yaşlı cinah futbolçusu kubokun yarımfinal mərhələsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunlarla bağlı danışıb.

 

- Yuri Maksimovun gəlişindən sonra komanda heç də pis təsir bağışlamır. Kubokda "Sumqayıt"la iki çətin oyun gözləyir. Finala yüksəlmək şanslarınızı necə dəyərləndirirsən?

- Yuri Maksimovun gəlişindən sonra komanda özünə gəlməyə başlayıb. Heyətdə dəyişikliklə baş verdi. Bir sıra oyunçular cəlb edildi. Bizi yarımfinal mərhələsində iki çətin oyun gözləyir. Rəqibimiz güclü və gözəl futbol nümayiş etdirən komandadır. Sərgilədikləri oyunl göz önündədir. Təsadüfi deyil ki, bu komanda çempionatda 10 oyundur ki, məğlub olmur.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

- Artıq çempionatda iddianız qalmayıb. Bütün gücünüzü kuboka sərf edəcəksiz?

- Bəli, düzgün qeyd etdiniz ki, çempionatda iddiamız qalmayıb. Buna bir qədər təəssüflənirik. Amma irəli baxmalıyıq. İstəyirik ki, kuboku qazanaraq avrokuboklara vəsiqə qazanaq. Əlimizdən gələni edəcəyik ki, kubokda finala yüksələn tərəf biz olaq.

 

- Qış fasiləsindən sonra "Sumqayıt"ın biləyini bükən tapılmayıb. "Keşlə" bu rəqibi necə mübarizədən kənarlaşdıra bilər? Samir Abasovla çalışmış bir futbolçu kimi yəqin ki, bu komandaya yaxşı bələdsən...

- Həqiqətən də "Sumqayıt" yaxşı kollektivə sahibdir. Samir müəllimin işi danılmazdır. İşi göz önündədir. Çalışqan və güclü mütəxəssisdir. Çətin oyunlar olacaq. Əlimizdən gələni edəcəyik. Hər iki komandanı maraqlı mübarizə gözləyir.

 

Image may contain: 4 people, people playing sports and outdoor

 

- Qış fasiləsində "Keşlə"yə yeni futbolçular da qoşuldu. Heyət artıq tam formalaşıbmı? Yoxsa hələ də tam istədiyiniz kimi oyununuz alınmır?

- Yeni futbolçular komandaya uyğunlaşmaq üçün çalışırlar. Artıq öz oyunumuzu tapmışıq.İstədiyimiz kimi oynaya bilirik.

 

- "Qarabağ"a vurduğun qol sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Azarkeşlər hətta səni Rikardo Kuarejma ilə də müqayisə etdi. Bu barədə də fikirlərin maraqlı olardı.

- Azarkeşlərə dəstəkləri üçün təşəkkür edirəm. Çalışacam belə qollardan vurum. Kuarejma isə böyük futbolçudur. Bu müqayisə mənim üçün xoşdur

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti