Avstriyanın Şərq Regional Liqasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “ASK-BSC Bruck/Leitha” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:1.
Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Qarabağ” hazırda 34 xalla 17 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi