Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportal.az xəbər verir ki, günün ilk qarşılaşması paytaxtda baş tutacaq. "Keşlə" 2018-ci ildə məğlubiyyət üzü görməyən "Sumqayıt"ı qəbul edəcək.
Digər görüş isə Qəbələdə keçiriləcək. Yerli komanda "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
12 aprel
16:00 “Keşlə” – “Sumqayıt” 1:0
Qol: Sezar Meza Kolli, 90+2
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”
18:00 “Qəbələ” – “Neftçi” 1:2
QOL: Stiven Monroz, 90+1 - Lukas Qomes, 29, Namiq Ələsgərov, 44
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
saytlarin hazirlanmasi