İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın son turu ilə bağlı qərarlar verilib:
Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
saytlarin hazirlanmasi