Topaz Premyer Liqasının 23-cü turunda “Sumqayıt” “Keşlə” ilə qarşılaşacaq.
Sportal.az sizi komandalar arasındakı oyunların statistikası ilə tanış edir:
1. Komandalar Azərbaycan çempionatlarında 23 dəfə qarşılaşıblar.
2. "Sumqayıt" "Keşlə" ilə qarşılaşmalardan 4 qələbə, 7 heç-heçə, 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 20-35 rəqibin “Keşlə”nin xeyrinədi.
4. Amil Yunanov "Keşlə" ilə qarşılaşmalarda “Sumqayıt”ın ən çox fərqlənən futbolçusudu (4 qol).
saytlarin hazirlanmasi