Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Nazarov start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
“Aue” geridə qalan turlarda topladığı 39 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi