Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 30 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi