Elvin oynadı, “Qarabağ” 4 qolla qalib gəldi

00:09 - 18 Aprel 2018

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 19-cu turdan təxirə salınmış oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə “Sankt Pölten” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana və sonadək oynayıb.

 

“Qarabağ” hazırda 38 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti