UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti” – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Sportal.az xəbər verir ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.
Qeyd edək ki, “Mançester Siti” – “Barselona” görüşü aprelin 20-i keçiriləcək.
saytlarin hazirlanmasi