Azərbaycan Kubokunda yarımfinalın cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Sumqayıt" azarkeşləri qarşısında "Keşlə"ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi kubokun finalına yüksəlib. "Keşlə"nin finalda rəqibi "Neftçi" - "Qəbələ" qarşılaşmasının qalibi olacaq.
"Sumqayıt" - "Keşlə" 1:1 (İlk oyun 0:1)
QOLLAR: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62
saytlarin hazirlanmasi