Daha bir azərbaycanlı futbolçu İsveçə üz tutub.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq futbolçusu Elsevər Bəkirzadə İsveçin 3-cü divizionunda çıxış edən "Liksele" ilə müqavilə bağlayıb. Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, bu komanda son klubu I Divizionda mübarizə aparan "Sabah"dan Ruzi Qiyaslını da rənglərinə bağlamışdı.
saytlarin hazirlanmasi