Bu gün Topaz Premyer Liqasında 24-cü tura start veriləcək.
Sportal.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Keşlə" qış fasiləsindən sonra qələbə sevinci yaşamayan "Zirə"ni qəbul edəcək.
Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
Topaz Premyer Liqası, 24-cü tur
21 aprel
16:00 "Keşlə" - "Zirə" - 2:1
Qol: Andre Klennon, 50, Vaqif Cavadov, 69 - Milan Duriç, 36 (pen.)
Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. “İnter Arena”