Dəniz Yılmaza şans verilmədi

00:13 - 22 Aprel 2018

Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

 

Dəniz qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti