Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” də doğma meydanda millimizin digər üzvü Toğrul Eratın çıxış etdiyi “Duysburq”la üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:1.
Erat bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Dmitri isə bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 83-cü dəqiqədə məhz Nazarov vurub.
Hazırda “Aue” 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıbsa, “Duysburq” 41 xalla 10-cudu.
saytlarin hazirlanmasi