Rövlan Muradov Çexiyada 90 dəqiqə oynadı

01:06 - 24 Aprel 2018

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi səfərdə “Viktoriya” (Plzen) ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Start heyətdə meydana çıxan Rövlan sonadək oynayıb.

 

“Slaviya” hazırda 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti