"Qarabağ"ın hədəfində olan futbolçu yeni müqavilə təklifini rədd etdi

12:16 - 26 Aprel 2018

Cənubi Afrikanın “Mamelodi Saundaunz” klubunda oynayan Xama Billiat komandasıyla müqavilə müddətini uzatmayacaq.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın transfer hədəfində yer alan vinger komandası ilə başa çatacaq müqaviləni yeniləməyəcək. Bu barədə klubun baş məşqçisi Pitso Mosimane məlumat verib. Mütəxəssisin sözlərinə görə zimbabveli futbolçu yeni müqaviləni rədd edib və mövsümün sonunda onunla yollar ayrılacaq. 28 yaşlı oyunçunun "Qarabağ"a keçmək variantı da var.

 

Universallığı ilə seçilən, hər iki ayağı işlən olan Zimbabve millisinin üzvü hücumun cinahlarında və mərkəzində oynayır.

 

Qeyd edək ki, Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinir.

Xəbər xətti