Dadaşovun yoxluğunda "Dinamo" yenə qələbə qazana bilmədi

19:16 - 26 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cu turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Enerji” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət ciddi zədə aldığından bu matçda çıxış etməyib.

 

"Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti