21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 3:2.
Fərid oyuna start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
Matçda hesabı 18-ci dəqiqədə Nəbiyev açıb. 45+2-ci dəqiqədə isə o, komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə kömək edib.
Geridə qalan turlarda 5 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi