"Real"ın gənc ulduzu Marko Asensionun Çempionlar Liqasında yarımfinalın ilk matçında "Bavariya"ya qol vurması dünya mətbuatında müzakirə edildi.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə maraqlı araşdırma edib. Belə ki, 19 yaşlılardan ibarət Rusiya millisi 2015-ci ildə Avropa çempionatının finalında İspaniyaya 0:2 hesabı ilə uduzmuşdu. Həmkarlarımız həmin görüşdə çıxış edən futbolçularla bağlı araşdırmalar ediblər. Həmin final matçında millimizin üzvü Ramil Şeydayev də 90 dəqiqə meydanda olub. Rusiyanın gənclər millisinin baş məşqçisi Dmitri Xomuxa müqavilə ilə "Trabzonspor"a məxsus olan, hazırda "Qarabağ"da çıxış edən Ramilin Azərbaycan millisini seçməsini ölkəsi üçün ciddi itki hesab edib:
“Onun vətəndaşlığını dəyişib Azərbaycanı seçməsi Rusiya futbolu üçün böyük itki oldu. Şeydayev gələcəkdə Rusiya millisində daha ciddi səviyyədə çıxış edə bilərdi və böyük uğurlar qazanardı. Heç legioner də hesab olunmazdı. Əsas milliyə yüksəlmək üçün onda bütün keyfiyyətlər var idi. Hər kəs qərarını özü verir, öz taleyinin sahibidir. Şeydayev də bu cür hərəkət etdi. Fikrimcə, bir qədər tələsdi”.
Qeyd edək ki, Şeydayev bu mövsüm "Qarabağ"ın heyətində 1 qol vurub.
saytlarin hazirlanmasi