Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı forvard I Liqada mübarizə aparan “Dauqavpils/Proqress” komandasında çıxış edəcək.
Latviyada yeni mövsümə start verilib və ilk turun oyunları keçirilib. “Dauqavpils” doğma meydanda “Supernova” ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.
Vüqar start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 63-cü dəqiqədə məhz Əsgərov vurub.
Xatırladaq ki, Vüqar Əsgərov ötən mövsümü “Olayne”də keçirib. Hücumçu mövsümü 21 qolla başa vurmuşdu.
saytlarin hazirlanmasi