Ukrayna çempionatında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə “Karpatı” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 36 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi