Topaz Premyer Liqasında 25-ci tura yekun vuruldu. Çempionun bəlli olduğu kimi, elita ilə vidalaşan komanda da müəyyənləşib.
Sportal.az xəbər verir ki, hesabat turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan "Kəpəz"in mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşib. 13 xalı olan Gəncə klubu 7-ci yerdə qərarlaşan "Səbail"dən 10 xal geri qalır və bunu son 3 turda qaldırmaq mümkün deyil. "Sumqayıt" 2:1 hesabı ilə qalib gələn "Səbail" isə yüksək dəstədə yerini qorumağı bacarıb.
saytlarin hazirlanmasi