Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Yablonets”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.
“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi