Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” doğma meydanda “Tosno” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Ayaz start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. 55-ci dəqiqədə isə Quliyev sarı vərəqə ilə cəzalanıb.
“Rostov” geridə qalan turlarda topladığı 34 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi