21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 10-cu turunda səfərdə “Samqurali” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan heç-heçə ilə ayrılıb - 0:0.
Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
10 turdan sonra hesabında 13 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi