Latviya Birinci Liqasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Auda” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 6:0.
Vüqar start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Əsgərov 64 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb və yeni mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.
“Dauqavpils” üç turdan sonra 9 xalla daha bir komanda ilə birgə zirvəyə şərikdi.
saytlarin hazirlanmasi