Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə “Stal” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Paşayev sonadək ehtiyatda qalıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 42 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi