Latviya Birinci Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Balvu Sporta” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 15:0.
Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının bir qolunu da məhz Əsgərov vurub. O, 66-cı dəqiqədə penaltidən fərqlənib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
“Dauqavpils” dörd turdan sonra maksimum - 12 xalla vahid liderdi.
saytlarin hazirlanmasi