21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 11-ci turunda doğma meydanda “Norçi Dinamo” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 2:1.
Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
11 turdan sonra hesabında 16 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi