Türkiyə Super Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Bursaspor”la üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Dənizin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Gənclərbirliyi” mövsümü 33 xalla 18 iştirakçı arasında 17-ci pillədə başa vurub. Elita ilə vidalaşmalı olan futbolçumuzun komandası növbəti mövsümü TFF 1-ci Liqada keçirəcək.
saytlarin hazirlanmasi