Ukrayna çempionatında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" 32-ci tur çərçivəsində doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Pavel 18-ci dəqiqədə sarı vərəqə də alıb.
"Aleksandriya" mövsümü 45 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi