Latviya Birinci Liqasında 6-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Rezeknes FA/BJSS” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Vurduğu 7 qolla komandasının bombardiri olan, əvvəlki oyunların hamısında fərlənən Əsgərov bu dəfə rəqib qapısına yol tapa bilməyib.
“Dauqavpils” 6 turdan sonra 16 xalla vahid liderdi.
saytlarin hazirlanmasi