Millimizin üzvü Bundesliqa klubu ilə müqavilə imzaladı

16:31 - 6 İyun 2018

19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier II Bundesliqa təmsilçisi "Bohum"la peşəkar müqavilə imzalayıb.  

 

Sportal.az xəbər verir ki, ötən ilin yayında "Essen"dən transfer edilən və ilk 1 ili klubun U-19 komandasında keçirən Ekincier əsas heyətə cəlb edilib. 19 yaşlı futbolçunun "Bohum"la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.   

 

Qeyd edək ki, Barış Ekincier 19 yaşlılardan ibarət milli komandamızın heyətində 8 oyun keçirib.  

Xəbər xətti