Millimizin və "Trabzonspor"un hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi rəsmiləşməyib.
Sportal.az xəbər verir ki, "bordo-mavililər" 22 yaşlı forvardın transfer vərəqini Avstriya təmsilçisinə göndərməyib. Bu səbəbdən də Şeydayevin transferində yubanma yaranıb. Bu problem çözüldükdən sonra Ramilin transferi rəsmiləşəcək.
Qeyd edək ki, Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.
saytlarin hazirlanmasi