Avstriya klubu millimizin üzvünü gözləyir

12:35 - 22 İyun 2018

Millimizin və "Trabzonspor"un hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi rəsmiləşməyib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavililər"in 22 yaşlı forvardının Avstriya klubuna transferi tezliklə açıqlanacaq. Ramil yaxın günlərdə “Mattersburq” klubunun düşərgəsinə qoşulacaq və rəsmi sözləşmə imzalayacaq. Onun azad agent kimi Bundesliqa təmsilçisinə keçəcəyi ehtimal olunur.

 

Qeyd edək ki, Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.

Xəbər xətti