Millimizin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubundan ayrılmağa yaxındır.
Sportal.az xəbər verir ki, 22 yaşlı forvardın Avstriyanın "Mattersburq" klubuna transferi gözlənilir. "Bordo-mavililər"in prezidenti Əhməd Ağaoğlu açıqlamasında Şeydayevi satmağa hazır olduqlarını deyib:
"Anlaşması başa çatan futbolçularla yolları ayırdıq. Matuş Bero və Ramil Şeydayevə isə başqa klublarla danışıqlar aparmağa izn vermişik. Onların keçidi ilə bedcəmizə 8-8,5 milyon avro qənaət edə bilərik. Onlar üçün istədiyimiz şərtləri edən klub olsa, transferə razılıq verəcəyik".
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
saytlarin hazirlanmasi