“Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb.
Sportal.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də qazancı bəlli olub.
Həmyerlimiz “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək. Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.
Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.
saytlarin hazirlanmasi