Qriqorçuk: "Almeydanın hazır olması üçün vaxt lazımdır"

13:54 - 15 İyul 2018

"Debüt etməyən futbolçular bir müddətdir ki, oynamırlar. Almeyda 50 gün futbolsuz qalıb".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Astana"nın baş məşqçisi Roman Qriqorçuk deyib.Ukraynalı mütəxəssis "Qarabağ"dan ayrılaraq, "Astana"ya transfer olan millimizin üzvünün debüt etməməsi haqda danışıb. Təcrübəli çalışdırıcı bunun üçün vaxta ehtiyac duyulduğunu deyib: "Almeydanın formasını bərpa etməsi üçün vaxta ehtiyacı var. Hər bir futbolçu ilə danışacığq və vəziyyətlərinə baxacağıq. Yeni transferlərin bəzilərinə zaman lazımdır və onlar məşqdən-məşqə tempə düşəcəklər".

 

53 yaşlı mütəxəssis yeni transfer Pedro Enrike ilə bağlı xoş sözlər səsləndirib: "Enrike "Qarabağ"da vacib üzvlərdən idi. Onu yaxından tanıyıram. Avropada 5 ildir ki çıxış edir. Fransa, İsveçrə, Yunanıstanla yanaşı, Çempionlar Liqasında gözəl oyunlar nümayiş etdirib. 28 yaşı var və karyerasının ən gözəl dövrünü yaşayır".

 

Qeyd edək ki, Roman Qriqorçuk mövsüm başa çatan kimi "Astana"nın "sükanı arxası"na keçmişdi. Onun tələbi ilə Qazaxıstan klubu "Qarabağ"ın sabiq futbolçuları - Riçard Almeyda və Pedro Enrike heyətə cəlb edilmişdi.

Xəbər xətti