Ramil Şeydayev oynadı, "Trabzonspor" qalib gəldi

18:21 - 15 İyul 2018

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən Türkiyənin "Trabzonspor" klubu yoxlama görüşündə qüvvəsini sınayıb. 

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi yerli "Triqlav" komandası ilə üz-üzə gəlib. Görüş trabzonluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Qarşılaşmada qolları Huqo Rodalleqa və Luis İbanez vurublar. 

 

Qarşılaşmada milli komandamızın üzvü Ramil Şeydayev də iştirak edib. O, 68-ci dəqiqədə Muhammet Beşirin əvəzinə meydana daxil olub.  

 

Qeyd edək ki, Ramil Şeydayev Avstriyanın "Mattersburq" klubu ilə danışıq aparsa da, keçid son anda reallaşmayıb. 

Xəbər xətti