Latviya Birinci Liqasında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Stayçeles Bebri” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 8:0.
Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Komandasının qollarından ikisini də Əsgərov vurub. O, 62 və 72-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 10-a çatdırıb və liqanın bombardirlər cədvəlində ilk sırada qərarlaşıb.
“Dauqavpils” isə 9 turdan sonra 21 xalla ikinci pillədə yer alıb.
saytlarin hazirlanmasi