Ramil Şeydayev "Spartak"a qarşı oynadı

00:18 - 21 İyul 2018

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komanda Sloveniyada təlim-məşq toplanışı çərçivəsində Moskva "Spartak"ı ilə qarşılaşıb. Matç Rusiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev 73-cü dəqiqədə meydana daxil olub. "Bordo-mavililər"in yeganə qoluna Uqo Rodalleqa imza atıb.

 

Qeyd edək k, Şeydayev bundan əvvəl Xorvatiya "Lokomotiv"inə qarşı matçda (1:0) komandasının qələbə qolunu vurmuşdu.

Xəbər xətti