Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi Qətərin “Al Duail” klubu ilə görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb.
Ramil Şeydayev 61-ci dəqiqədə “Trabzonspor”un yeganə qolunun müəllifi Huqo Rodalleqanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, “Trabzonspor” Sloveniya toplanışı ayın 24-də başa çatdıracaq. Millimizin hücumçusunun klubdakı taleyinə bu toplanışdan sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi