19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Kamran Quliyev yeni transfer olunduğu Litvanın “Yonava” klubunun heyətində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, A Liqasında mübarizə aparan klub bu gün “Dainava” ilə yoxlama görüşü keçirib. Qarşılaşma “Yonava”nın 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin hücumameyilli oyunçusunun debütü uğuru alınıb. Matçda start heyətində başlayan Quliyev, həm sona qədər oynayıb, həm də qol vurub. O, komandasının 2-cü və 4-cü (57, 90-cı dəqiqələr) qollarının müəllifi olub.
Qeyd edək ki, Quliyev Litva klubu ilə 2.5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi