Latviya Birinci Liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə lider “Tukums” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Vüqar start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Çempionatın bombardiri olan (12 qol) Əsgərov bu oyunda fərqlənə bilməyib.
“Dauqavpils” isə 11 turdan sonra 25 xalla ikinci pillədə qalıb.
saytlarin hazirlanmasi