Avstriyanın "Mattersburq" klubunun baş məşqçisi Jerald Baumqartner açıqlama verib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubunun çalışdırıcısı "Trabzonspor"da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayevi transfer etməkdə israrlı olduqlarını deyib:
"Şeydayev üçün şərtlərimizi demişik. Onun komandamıza qoşulmasını gözləyirik. Transfer dönəminə bir müddət var. Ramilə təklifimizi etmişik. Əgər bizə gəlməsə, alternativ variantlara baxmalı olacağıq".
Qeyd edək ki, Şeydayevin "Trabzonspor"la 2020-ci ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi