Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu gün çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlıqlarına başlayıb. Hazırlıqlarda milli komandamızın hücumçusu da iştirak edib.
Ramil Şeydayev iki gündür komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb. Onun klubda qalıb-qalmayacağı hələlik bəlli olmayıb.
Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyir.
saytlarin hazirlanmasi