Almaniya 3-cü Liqasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Kayzerslautern”lə qarşılaşıb və bu oyundan qəbələ ilə ayrılıb – 2:1.
Rüfət qarşılaşmanın 63-cü dəqiqəsində, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana çıxıb. “Proyssen” məhz Dadaşov meydanda olduğu dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbəyə sevinib.
Dadaşovun komandası 3 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi