Litva çempionatında 28-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” doğma meydanda “Trakai” ilə qarşılaşıb və bu oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Tural Rzayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, qarşılaşmanın 9-cu dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb. Gənclərdən ibarət milli komandamızın üzvü Kamran Quliyev isə 76-cı dəqiqədə meydana daxil olub
Qeyd edək ki, “Yonava” 14 xalla turnir cədvəlində sonuncu - 8-cidir.
saytlarin hazirlanmasi